Bu ilin I yarsında Azərbaycanda müştərilərinə ən çox sığorta ödənişi edən şirkətlərin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox ödəniş edən şirkət 202 milyon manatla "Paşa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 64,3 milyon manatla "Paşa Sığorta" şirkəti gəlir.
26,6 milyon manat sığorta ödənişi edən "Atəşgah Həyat Sığorta" üçüncü olub.
Müştərilərindən 10,1 milyon manat ödəniş edən "Atəşgah Sığorta" Şirkəti dördüncü yerdə qərarlaşıb.
"A-Qrup Sığorta Şirkətiin" ödənişləri isə 6,9milyon manat olmaqla 5-ci yeri tutub.
Digər 5 sığorta şirkətinin sığorta ödənişləri isə belədir:
Belə ki, "Qala Sığorta" ASC 6,7 milyon manat, “Meqa Sığorta” ASC 6,4 milyon manat, "Xalq Sığorta" şirkəti 5,6 milyon manat, "Azərbaycan Sənaye Sığorta" şirkəti 4,4 milyon manat, "Qala Həyat Sığorta" şirkəti isə 3,2 milyon manat sığorta ödənişi edib.