Bu ilin I yarsında Azərbaycanda sığorta yığımlarında ən çox artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımları ən kəskin artan şirkət 2,2 dəfə və ya 2,4 milyon manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 58% və ya 9,8 milyon manat artımla "Atəşgah" Sığorta şirkəti gəlir.
Yığımları 42%, başqa sözlə 3,9 milyon manat artımla "Azərbaycan Sənaye Sığorta" üçüncü olub.
"Atəşgah Sığorta Şirkəti" 36% (12 milyon manat) artımla dördüncü yerdə qərarlaşıb.
"Paşa Sığorta Şirkəti"nin sığorta yığmlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% və ya 58 milyon manat artım baş verib və şirkət 5-ci yeri tutub.
Bundan əlavə yığmlarında artım dinamikası müşahidə edilən daha beş şirkət var, 17 sığorta şirkətinin 7-də isə yığımlarda azalma baş verib.
Sığorta yığımlarında artım olan digər beş şirkətə "Qala Sığorta" şirkəti - 20% (7,7 milyon manat), "Meqa Sığorta" şirkəti - 13% (2 milyon manat), "Azsığorta" - 9% (411 min manat), "Xalq Həyat" Sığorta Şirkəti - 7% (304 min manat), və "Paşa Sğorta" - 5% (7,7 milyon manat) şirkətləri daxildir.