Azərbaycanda daşınmaz əmlakın icbari sığortası yenidən geriləməyə başlayıb.
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2023)
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2023)
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2023)
FED.az xəbər verir ki, 2021-2022-ci ildəki artımdan sonra mənzil və fərdi evlərin sığortasına maraq yenidən azalıb.
Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabata görə, 2023-cü ilin müvafiq dövründə ölkədə daşınmaz əmlakın icbari sığortası üzrə 2 milyon 625,3 min manat sığorta haqqı toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə və ya 3 milyon 900,2 min manat azalma başa verib. Belə ki, 2022-ci yanvar ayında bu sahə üzrə sığorta haqqı 6 milyon 525,5 min manat təşkil edib.
Xatırladaq ki, 2021-2022-ci illərdə aparılan geniş təbliğat kampaniyası, eləcə də sığortadan yayınanların cərimələnəcəyi barədə xəbərdarlıqlardan sonra mənzil və evlərin sığortasına maraq artmışdı. İndi isə proses əvvəlki məcrasına qayıdıb.
Sığorta ödənişlərin həcmində isə 2,1 dəfə artım qeydə alınıb. Belə ki, yanvarda bu sığorta növü üzrə 140 min manat ödəniş edilib. 2022-ci ilin yanvarında isə bu məbləğ cəmi 65 min manat idi.
Nəticədə ötən il daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş/yığım nisbəti 1% olduğu halda, indi bu göstərici 5,3%-ə yüksəlib.