“PAŞA Sığorta”nın məsul aktuarisi İlqar Haqverdiyev işdən uzaqlaşıb. FED.az xəbər verir ki, onun əvəzinə bu vəzifəyəə Orxan Məmmədli təyin olunub.
Qeyd edək ki, hazırda Paşa Sığorta yığımlarının həcminə görə bazarın lideridir. Şirkətin nizamnamə kapitalı 40.250.000 manatdır. Xatırladaq ki, “PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” 24.11.2010-cu il tarixdə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.