“Azərsığorta” şirkətinin İH-nin sədr müavini Aftandil Hacıyev sığorta şirkətinin 2018-ci il üzrə planlarını açıqlayıb.
O bildirib ki, icbari tibbi sığortaya şirkətlərin də cəlb edilməsi bazar üçün məqsədəuyğun hesab edilir:“Azərbaycan sığorta bazarı inkişafdadır. Bəzi sığorta növlərinin inkişafını gözləyirik. Əsasən kənd təsərrüfatı sahəsində gözləntilərimiz böyükdür.Yaxşı olardı ki, icbari tibbi sığorta ölkə üzrə genişlənsin və sığorta şirkətləri də bu sistemdə iştirakçı olsun. Hesab edirəm ki, yenidən hansısa sığortaçı tapmaqdansa, icbari tibbi sığortanın da bu sığorta bazarında tanınmış, bazarda özünə yer tutan şirkətlərə həvalə edilməsi məqsədəuyğun olar".
“Azərsığorta”ya gəldikdə isə, 2018-ci ildə də fəaliyyətimiz aktiv şəkildə davam edəcək. Müəyyən çətinliklər, problemlər olsa belə bazarda öz sözünü deyən şirkətlərdən biri olaraq qalacağıq. Geriyə yol yoxdur”.
“İcbari tibbi sığortada şirkətlərin iştirakını gözləyirik” – Aftandil Hacıyev
12:53
4 Yan 2018