“İpək Yolu Sığorta” ASC 2021-ci ili 972 min manat xalis mənfəət ilə başa vurub.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2022)
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “İpək Yolu Sığorta”nın cəmi əməliyyat gəlirləri 20 milyon 67 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 852 min manat təşkil edib.
Ötən il “İpək Yolu Sığorta”nın topladığı sığorta haqları 15 milyon 644 min manat, sığorta ödənişləri 2 milyon 712 min manat, təkrarsığorta üzrə xərcləri isə 13 milyon 191 min manat təşkil edib.
Xatırladaq ki, "İpək Yolu Sığorta" ASC "Silkway Holding" MMC-yə daxildir. Şirkətin nizamnamə kapitalı 14 milyon 770 min manatdır.