“İpək Yolu Sığorta” ASC 2017-ci ili 2 milyon 434 min manat xalis mənfəət ilə başa vurub.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “İpək Yolu Sığorta”nın cəmi gəlirləri 21 milyon 99 min manat, xərcləri isə 18 milyon 56 min manat təşkil etmiş, 3 milyon 42 min manat əməliyyat mənfəətindən 608,5 min manat mənfəət vergisi ödənilmişdir.
2016-cı ildə “İpək Yolu Sığorta”nın cəmi gəlirləri 23 milyon 493 min manat, cəmi xərcləri 19 milyon 688 min manat təşkil etmiş, şirkət həmin ili 3 milyon 44 min manat xalis mənfəət ilə bağlamışdı.
İllik müqayisədə Şirkətin topladığı sığorta haqları 19 milyon 34 min manatdan 17 milyon 301 min manata, sığorta ödənişləri isə 2 milyon 651 min manatdan 1 milyon 831 min manata geriləyib.