“İpək Yolu Sığorta” 2018-ci ilin ilk 9 ayı üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “İpək Yolu Sığorta”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, şirkətin 2018-ci ilin 3-cü rübündə əsas əməliyyat gəlirləri 16 mln 630,8 min manat olub. Bu məbləğin 94,10%-i və ya 15 mln 650,3 min manatı birbaşa sığorta üzrə sığorta yığımlarının payına, qalan məbləğin 36 min 134 manatı təkrarsığorta üzrə təkrar sığorta yığımlarının payına düşür. Sonda cəmi gəlirlər 17 mln 130,6 min manat təşkil edib.
2018-ci ilin 3-cü rübündə şirkətin əsas əməliyyat xərcləri 14 mln 227,3 min manat təşkil edib. Bu məbləğin 92,32%-i və ya 13 mln 134,3 min manatı təkrar sığortaya verilmiş sığorta haqları təşkil edir. payına düşür. Qalan məbləğin 6,61%-i və ya 940 min 530 manatı sığortda ödənişlərinin payına düşür. Sonda cəmi xərclər 490,9 min manat təşkil edib.
“İpək Yolu Sığorta” 2018-ci ilin ilk 9 ayını 1 mln 639,8 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, şirkət 2017-ci ilin eyni dövrünü də 2 mln 369,9 min manat mənfəətlə başa vurub.
FED.az “İpək Yolu Sığorta”ın “Balans” hesabatına istinadən bildirir ki, şirkətin 2018-ci ilin 3-cü rübündə cəmi aktivləri 39 mln 51,1 min manat, cəmi kapital isə 22 mln 272,1 min manat olub.
“İpək Yolu Sığorta”ın mənfəəti 1 mln manatı keçib - HESABAT
15:45
22 Okt 2018