«İpək Yolu Sığorta»2018-ci ilin 2 ci rübünü mənfəətlə başa vrub. FED.az İpək Yolu Sığorta-nın hesabatlarına istinadən xəbər verir ki, ilk yarım ildə şirkət in torpaq, tikili və avadanlıqları ilin əvvəlinə nisbətən hesabat dövrünün sonunda 116 min 34 manat artaraq 218 min 674 manat olub. Pul vəsaitləri və onların ekvivalentləti 15% artaraq hesabat dövrünün sonunda 12 mln 696 min manat olub. Şirkətin cəmi aktivləri ilin 2-ci rübündə 31 mln 335 min manat olub, cəmi kapitalı 21 mln 842 min manat təşkil edib.
İlk yarım ildə «İpək Yolu Sığorta»nın əsas əməliyyat gəlirləri 8 mln 645 min manat olub. Xalis sığorta ehtiyatlarının dəyişməsi müsbət istiqamətdə olub və 247 min 514 manat təşkil edib. İnvestisiya gəlirləri 262 min 639 manata çatıb. Ümumilikdə cəmi gəlirləri 9 milyon 276 min manat olub.
Bu ilin 2 ci rübündə əsas əməliyyat xərcləri 7 mln 326 min olub. Ümumillikdə, cəmi xərcləri 8 mln 157 min manat təşkil edib.
Yekunda, hesabat dövrünü n xalis mənfəəti 1 mln 119 min manata çatıb.
İpək Yolu Sığortadan «yaşıl» hesabat - MƏNFƏƏTDƏDİR
12:25
12 İyul 2018