İpək Yolu Sığortanın maliyyə vəziyyəti məlum olub. FED.az xəbər verir ki, şirkət bu ilin birinci yarısında 1 mln 144 min manat mənfəət əldə edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2.15% çoxdur.
Şirkətin cəmi gəlirləri ötən illə müqayisədə 56.68% artaraq 14 mln 535 min manat, xərcləri isə 64.16% artaraq 13 mln 391 min manat təşkil edib.
Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 39 mln 002 min manat olub ki, bu da illik müqayisədə 24,5% çoxdur. Bundan başqa şirkətin öhdəlikləri 64,5% artaraq 15 mln 615 min manata, balans kapitalı isə 7,1% artaraq 23 mln 387 min manat olub.