Sığorta bazarının 2018-ci ilin yanvar-oktybar ayları üzrə göstəricilər açıqlanıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki , cari dövrdə sığorta şirkətləri üzrə ən çox yığım toplayan 5 şirkət bunlardır: “Paşa Həyat Sığorta”(226 793 min manat) , “Paşa Sığorta”(118 064 min manat), “Atəşgah Həyat Sığorta” (46 133 min manat) , “Atəşgah Sığorta” (31 198 min manat) və “Azərsığorta” DŞ(40 580 min manat).
Eləcə də bax: Ən çox və ən az ödəniş edən – SIĞORTA ŞİRKƏTLƏRİ, SİYAHI
Ən çox yığıma malik olan şirkətlər
Bu 5 şirkətin ümumi yığdıqları məbləğ 462 mln 770 mi manat və ya ümumi məbləğdə xüsusi çəkisi 74,98% təşkil edir. Bu sığorta şirkətlərindən yalnız “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin yığımlarının ümumi məbləğdə payı 55,88%-dir.
Ötən ilin eyni dövrünə nəzər salan zaman görərik ki, ötən il də ən çox yığım olan 5 şirkət bunlar olub: “Paşa Həyat Sığorta”(123 370 min manat) , “Paşa Sığorta”(99 611 min manat), ) “Azərsığorta” DŞ(36 193 min manat) , “Atəşgah Sığorta” (30 549 min manat) və “Atəşgah Həyat Sığorta” (27 881 min manat) . Bu 5 şirkətin ümumi yığımlarının məbləği 317 mln 606 min manat və ya ümumi məbləğdə xüsusi çəkisi 68,64% olub.
Bu da onu göstərir ki, ötən ilə nisbətən bu il təmərküzləşmə artıb. Həmçinin yalnız 2 şirkətin bazardakı payı ümumi bazarın yarıdan çoxunu əhatə edir.
Ən az yığıma malik olan şirkətlər
FED.az MBNP-a istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında ən az yığım əldə edən 5 sığorta şirkətləri bunlardır: “Günay Sığorta” ( 5 243 min manat), “Rəvan Sığorta” ( 1 391 min manat), “Bakı Sığorta” ( 782,70 min manat), “Amrah Sığorta” (508,9 min manat) və “Naxçıvan Sığorta” (221 min manat). Bu 5 şirkətin ümumi payda xüsusi çəkisi 1,32%-dir.
Ötən ilin analoji dövründə ən az yığım toplayan 5 şirkət isə bunlar olub: “A-Group Sığorta” ( 4mln 810 min manat), “Bakı Sığorta” ( 1 mln 163 min manat) , Rəvan Sığorta” ( 517,2min manat), Naxçıvan Sığorta” (79,6 min manat) və “Amrah Sığorta” (15,9 min manat) . Bu 5 şirkətin ümumi payda xüsusi çəkisi 1,42% təşkil edib.