Maliyyə Bazarlarına Nəzarət Platası ( MBNP) tərəfindən 2018-ci ilin yanvar- oktybar ayları üzrə sığorta bazarının göstəriciləri açıqlayıb.
Eləcə də bax: İki şirkətin payı 50%-dən çoxdur – SIĞORTA BAZARINDA VƏZİYYƏT
FED.az MBNP-a əsasən xəbər verir ki, cari dövrdə ən çox ödəniş edən 5 sığorta şirkəti bunlar olub: “Paşa Həyat Sığorta”(64 479 min manat) , “Paşa Sığorta” (41 522 min manat ) , “Atəşgah Həyat Sığorta” (12 938 min manat ) , “Azərsığorta” DŞ (12 371 min manat ) və “Atəşgah Sığorta” (16 837 min manat ).Bu 5 şirkətin ödədikləri ödəniş 148 mln 146 min manat və ya ümumi məbləğdə payı 71,93%-dir. Bunlardan yalnız 2 şirkətin – “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” ödədikləri məbləğin ümumi payda xüsusi çəkisi 51,47% təşkil edib.
Ötən ilin eyni dövründə ən çox ödəniş edən 5 şirkət “Atəşgah Həyat Sığorta”(41 019 min manat) ,”Paşa Həyat Sığorta”(39 845 min manat) , “Paşa Sığorta”(39 974 min manat) , “Qala Həyat Sığorta” (15 404 min manat) və “Atəşgah Sığorta” (13 004 min manat) olub. Bu 5 şirkətin ödəniş məbləği 149 mln 246 min manat və ya ümumi payda xüsusi çəkisi 72,93% olmuşdu. Bunlardan “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” ödədikləri məbləğin ümumi payda xüsusi çəkisi 39,01% təşkil edib.
Bu göstəricilərdən aydın olur ki, bu il ümumən sığorta bazarında ödənişin məbləği 1% azalma var.
Bu ilin yanvar-oktyabr ayllarrında ən az ödəniş edən 5 sığorta şirkəti bunlardır: “Günay Sığorta” (2 725 min manat) , “Rəvan Sığorta”(274,51 min manat) , “Bakı Sığorta”(174,14 min manat) , “Amrah Sığorta” (62,19 min manat) və “Naxçıvan Sığorta” (3,26 min manat). Bu sığorta şirkətlərin ödənişlərinin məbləğinin ümumi payda çəkisi 1,57% olub.
Ötən ilin eyni dövründə ən az ödəniş edən 5 sığorta şirkəti bunlar olub: “Rəvan Sığorta” (471 min manat) , “Qala Sığorta”(267,7 min manat) , “Bakı Sığorta” (231,6 min manat) , “Amrah Sığorta” (58,4 min manat) və “Naxçıvan Sığorta (8,01 min manat). Bu 5 şirkətin ümumi payda çəkisi 0,51% təşkil edib.