“İpək Yolu Sığorta” ASC 2023-cü ilin ilk yarısı üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, sığorta şirkətinin əsas əməliyyat gəlirləri 4 milyon 878 min manat olub.. Ötən ilin ilk yarısında bu rəqəm 6,49 milyon manat təşkil edib.
Sığorta şirkətinin investisiya gəlirləri 263,2 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 39,8 min manat və ya 17,8% çoxdur.
Bu dövrdə, “İpək Yolu Sığorta”nın subroqasiya gəlirləri olmayıb, sair gəlirləri isə 1 milyon 182 min manata kimi artıb. Halbuki, 2022-ci ilin 6 ayında bu rəqəm cəmi 865 manat olub.
Nəticədə, şirkətin cəmi gəlirləri 3 milyon 675 min manata bərabər olub.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 2,3 milyon manat təşkil edib.
İşlərin aparılması xərcləri isə 10,4% (85,5 min manat) artaraq 903,7 min manata yüksəlib.
Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri 3 milyon 209 min manat olub.
Hesabat dövründə, “İpək Yolu Sığorta”nın maliyyə mənfəəti 466,9 min manat olub.
Mənfəət vergisi üzrə ödəməsi 21,8% azalaraq 93,4 min manata enib. Keçən ilin müvafiq dövründə bu rəqəm 119,5 min manat olub.
Şirkət ilk 6 ay ərzində 373,5 min manat xalis mənfəət əldə edib.
Sığorta şirkətinin cəmi aktivləri 21,5 milyon manat təşkil edib. Bu da illik müqayisədə 33,2%-lik fərq deməkdir.
Şirkətin cəmi öhdəlikləri 2,6 dəfə azalaraq 6 milyon 358 min manat həcmində olub.
Cəmi kapitalı isə 15 milyon 191 min manata bərabər oliv.
Nizamnamə kapitalı dəyişməyərək 14 milyon 770 min manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi 420,9 min manata yaxın olub.