Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2024-cü ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 7 milyon 541 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 807 min manat və ya 59,3% çoxdur.
2023-ci ilin yanvar ayında bu göstərici 4 milyon 734 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 164 min manat təşkil edib ki, bu da illik müqayisədə 95 min manat və ya 2,4 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 69 manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2,2% təşkil edib. Zərərlilik son bir ildə 0,5% artıb,
Ötən ilin eyni dövründə zərərlilik 1,5% idi.