Azərbaycanda əmlakın könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 191 milyon 158 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 milyon 264 min manat və ya 21% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 157 milyon 893 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 52 milyon 571 min manat təşkil edib ki, bu da illik müqayisədə 33 milyon 597 min manat və ya 2,8 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 18 milyon 974 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 28% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 15% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 12% təşkil edib.