Əmək bazarının şəffaflaşmağa başlaması, nəticədə işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində bu ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5 faiz icra olunub.
FED.az xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 18 faiz artıb, proqnoz 116 faiz icra edilib.
Eləcə də bax:Azərbaycaqda sığorta şirkətinin rəhbəri – VƏZİFƏSİNİ TƏRK EDİB
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 116 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə isə həmin daxilolmalar 60 faiz artaraq, proqnoz 121 faiz icra edilib.