Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 70 milyon 943 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 278 min manat və ya 3% azdır.
2023-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 68 milyon 665 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 563 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 679 min manat və ya 2 dəfə azdır.
Keçən ilin eyni dövründə 5 milyon 242 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib ki, buda illik 4% azdır. Ötən ilin 8 ayının nəticələrinə görə zərərlilik əmsalı 8% olub.