Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 75% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 140 milyon 787 min manat toplanıb, 105 milyon 349 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıqdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 61% idi.