Gələn ildən Azərbaycanda dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsaitin xeyli artacağı gözlənilir.
FED.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib.
Eləcə də bax: İcbari tibbi sığorta paketinə dərmanlar da - DAXİL EDİLƏ BİLƏR
Ə.Əmiraslanov bildirib ki, bu il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı icbari tibbi sığortaya ayrılan məsələyə daha ciddi diqqət yetiriləcək, çünki dövlət maliyyə təminatının böyük hissəsini öz üzərinə götürüb.
Trend