Avtomobil qəzaları zamanı Dövlət Yol Polisindən alınan “Forma 4” arayışın artıq elektron qaydada verilməsinə başlanılıb.
FED.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov bildirib.
Eləcə də bax: Yol polisi ilə bağlı – TARİXİ YENİLİK – «FORMA 4» - İNTERNETLƏ GÖNDƏRİLİR
O, qeyd edib ki, artıq sözügedən sistem tam fəaliyyətdədir və sığorta şirkətləri ilə İcbari Sığorta Bürosu arasında inteqrasiya yekunlaşıb. Yeniliyin faydalarının hədsiz dərəcədə çox olduğunu deyən Büro rəhbəri layihənin üstünlüklərini də qeyd edib.
“Bundan sonra baş verən hadisə dərhal mərkəzi informasiya sisteminə toplanacaq. Burada 2 üstünlük var ki, onlar ön plana çıxır. Bunlardan biri “Forma 4”-ün elektron formatda ortaya qoyulmasıdır. Digəri üstünlük isə hadisənin harda baş verdiyi coğrafi yerləri Azərbaycan xəritəsində 100-də 100 dəqiqliyi ilə bizim rətəfdən görünmüş olacaq ki, bu da çox önəmli bir yenilikdir. Bununla da biz həm də daha çox hadisələrin baş verdiyi yerləri də müəyyən etmiş olacağıq. Beləliklə də hadisələrin nəticələri, səbəbləri araşdırılacaq və qarşısını alacaq tədbirlər görüləcək. Əvvəllər poçt xidmətində gecikmə ilə qarşı-qarşıya qalınırdı, sığorta şirkətləri də bunun səbəbini izah etməkdə çətinlik çəkirdilər. Bu ümumi narazılıqların artmasına səbəb olurdu”-deyə İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov bildirib.