Bu gün Azərbaycanın ən qabaqcıl və etibarlı sığorta şirkətlərindən olan “Xalq Sığorta”nın 18 yaşı tamam olur.
FED.az xəbər verir ki, 2005-ci ildən fəaliyətə başlayan "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkət strateji daxili siyasəti sayəsində sığorta bazarındakı yüksək mövqeyini əminliklə qoruyaraq, hər il müştərilərinin sayını artırır.
“Xalq Sığorta” şirkəti Maliyyə Nazirliyinin 000333 saylı lisenziyasına əsasında müştərilərə 20-dən artıq könüllü və 3 icbari sığorta növününü təklif edir.
Hazırda “Xalq Sığorta” ASC 58 750 500 manat nizamnamə kapitalına sahib olmaqla Azərbaycan sığorta bazarının ən iri və dayanıqlı sığorta şirkətlərindəndir.
Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət ölkənin bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edir. Tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında icrası Şirkətin Azərbaycan sığorta bazarında etibarlığını və imicini daha da artırmışdır. Bunun nəticəsində yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq əlaqələri daha uzunmüddətli və güvənli olub.
FED.az komandası olaraq, “Xalq Sığorta” rəhbərliyini və peşəkar komandasının hər bir üzvünü təbrik edir, uğurlar arzulayırıq.