«Standard İnsurance» Sığorta Şirkəti 7 dekabr 2019-ci il tarixində Lənkaran rayonunda yeni Cənub filialı fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, “Standard İnsurance”in yeni filialı Akademik Zərifə Əliyeva küçəsi 96A ünvanında yerləşir.
Açılış mərasimində ASC "Standard İnsurance" Sığorta Şirkəti-nin İdarə Heyətinin sədri, departament və şöbə rəhbərləri, həmçinin «Ata Bank» Lənkəran filialının Müdiri, «Bank Respublika» filialının müdüri İslam Kamalov, «Azsığorta» Filialın direktoru, «Meqa Sığorta» filial müdiri, «Polmalayt» otelin müdiri Əzizov Rəşad, Lənkəran çörək zavodunun müdiri Mahir İbrahimov və Lənkaran Dövlət Universitetinin Beynalxalq Əməkdaşlıq şöbəsinin müdiri Zaur Məmmədov iştirak ediblər.
Bank və sığorta müdirləri Lənkəranda açılışda
12:24
14 Dek 2018