Azərbaycanın yeganə təkrar sığorta şirkəti olan «AzRe» 2022-ci ilin nəticələrini açıqlayıb.
«İpək Yolu Sığorta» sürətlə böyüyür – MƏNFƏƏT AÇIQLADI - HESABAT
FED.az hesabata əsasən xəbər verir ki, ötən il şirkətin cəmi gəlirləri 48 milyon 502 min manat olub. 2021-ci illə müqayisədə şirkətin cəmi gəlirləri 14,4 milyon manat və ya 23% azdır. Ötən il cəmi gəlirlər 62,9 milyon manat olmuşdu.
2022-ci ildə şirkətin topladığı təkrarsığorta haqları 34,9 milyon manat, investisiya gəlirləri 14,9 milyon manat olub. 2021-ci illə müqayisədə investisiya gəlirləri təqribən 3 dəfə artıb – 2021-ci ildə bu maddə üzrə gəlirlər 4,8 milyon olmuşqdu.
2022-ci ildə «AzRe»nin cəmi xərcləri isə 22 milyon 737 min manat olub. Bunun 8,9 milyon manatı təkrar sığorta ödənişləri, 5,9 milyon maat isə təkrar sığortaya ödənilən sığorta haqları olub. İşlərin aparılması xərcləri isə 6,4 milyon manat olub.
Nəticədə şirkət 2022-ci ili 25 milyon 765 min manat maliyyə mənfəəti ilə başa vurub, 3,1 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra «AzRe»nin xalis mənfəəti 22 milyon 663 min manata yüksəlib. Bu 2021-ci illə müqayisədə 9 dəfə artıqdır.
Qeyd edək ki, mənfəətin əvvəlki illə müqayisədə belə kəskin artmasının səbəbi 2022-ci ildə «AzRe»nin sığorta ödənişlərinin kəskin azalması olub. Belə ki, 2022-ci ildə şirkət 8,9 milyon manat sığortta ödənişi həyat keçirib, 2021-ci ildə isə bu göstərici 5 dəfə artıq, yəni 44,2 milyon manat olub.
2022-ci ilin nəticələrinə görə, şirkətin aktivləri 38 milyon manat və ya 38% artaraq 137 milyon manata yüksəlib. Şirkətin öhdəlikləri də 70%-dən çox və ya 25 milyon manat artaraq 36 milyon manatdan 61 milyon manata yüksəlib.
Kapitalı isə 12 milyon manat artaraq 75,4 milyon manat təşkil edib.