Azərbaycanın sığorta bazarının aparıcı iştirakçılarından olan «İpək Yolu Sığorta» şirkəti növbəti ili mənfəətlə tamamlayıb.
«Azərbaycan Sənaye Sığorta»nın yığımları artıb – ŞİRKƏT İKİ DƏFƏ BÖYÜYÜB – HESABAT
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə «İpək Yolu Sığorta»nın aktivləri də sürətlə artaraq 32 milyon manatı keçib.
2022-ci ildə «İpək Yolu Sığorta»nın cəmi gəlirləri 2021-ci illə müqayisədə 500 min manat və ya 3% artaraq 20,6 milyon manat təşkil edib. Şirkətin topladığı sığorta haqları da təqribən 20,5 milyon manat təşkil edib. 2021-ci illə müqayisədə toplanan sığorta haqlarının məbləği 2,3 milyon manat və ya 12% artıb.
2022-ci ildə «İpək Yolu Sığorta»nın cəmi xərcləri isə təqribən 800 min manat artaraq 19 milyon 853 min manata yüksəlib.
Nəticədə şirkət 2022-ci ili 907 min manat əməliyyat mənfəəti ilə başa vurub. 181 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 726 min manat olub.
Xatırladaq ki, «İpək Yolu Sığorta» əvvəlki illəri də xalis mənfəətlə tamamlayıb, 2021-ci ildə xalis mənfəət 971 min manat, 2020-ci ildə isə 1 milyon 964 min manat təşkil edib.
2022-ci ildə «İpək Yolu Sığorta»nın aktivləri 8 milyon manatdan çox və ya 355 artaraq 32 milyon manatı keçib. Aktivlərin artımında diqqəti çəkən məqam, «İpək Yolu Sığorta»nın dövlət istiqrazlarına böyük vəsaitlər yatırmısıdır – 1,5 milyon manatdan 4,8 milyon manata yüksəlib.
Yeri gəlmişkən, bu addım nəticəsində şirkətin investisiya gəlirləri djə kəskin artıb və 2021-ci ildəki 135 min manatdan 460 min manata yüksəlib.
2022-ci ilin sonuna «İpək Yolu Sığorta»nın cəmi kapitalı 15,55 milyon manat, öhdəlikləri isə 16,7 milyon manata bərabər olub.