Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin əməkdaşları Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana Harayı” abidəsini ziyarət edib.
Faciə qurbanları ehtiramla yad edilib, abidənin önünə əklil qoyulub.
“Azərsığorta” Dövlət Sığorta Şirkəti olaraq, bütün şəhidlərimizi hörmətlə anır, müqəddəs ruhları qarşısında baş əyirik.