2021-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 331 milyon manat təşkil edib.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2022)
FED.az xəbər verir ki, bu, 2020-ci ilin sonu ilə müqayisədə 1,6% azdır.
Bu ilin əvvəlinə sektorun aktivlərinin 532 milyon manatı və yaxud 40%-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 1,1% çoxdur.
O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 2,5% artaraq 457 milyon manata çatıb, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 6,25% azalaraq 75 milyon manata düşüb.
Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 1,9% azalaraq 308 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15,6% azalaraq 103 milyon manat, digər aktivləri isə 0,8% azalaraq 388 manat təşkil edib. (Report)