Azərbaycanın sığorta sektorunda işçilərə verilən əmək haqları açıqlanıb.
Dövlət Statistika Komitəsindən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sığorta şirkətlərində çalışanların orta aylıq əmək haqqı 1521,1 manat təşkil edir.
Eləcə də bax:Azərbaycan sığorta bazarına xarici investorların cəlb edilməsi işlərinə başlanılıb - PALATA
Məlumata görə, özəl sığorta şirkətlərində çalışanların əmək haqqı dövlətlə müqayisədə daha yüksəkdir. Özəl sektorda orta maaş 1530,1 manat, dövlət sığorta şirkətində isə 1356,1 manat təşkil edir.
Komitədən FED.az-a bildirilib ki, hazırda Azərbaycanın sığorta sektorunda 3123 nəfər çalışır.
Eləcə də bax:Azərbaycanın bank sektorunda - ƏMƏK HAQLARI AÇIQLANDI – MƏBLƏĞLƏR
Azərbaycanın sığorta sektorunda - ƏMƏK HAQLARI AÇIQLANDI – MƏBLƏĞLƏR
14:12
25 İyul 2019