Banner

Sığorta

Azərbaycanın sığorta bazarı gerilədi – RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanın sığorta bazarı gerilədi – RƏQƏMLƏR AÇIQLANDI | FED.az
10:14 10 İyun 2019

2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265,3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66,7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.  FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzaəti Palatasınn açıqladığı rəqəmlərdə göstərilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqlarının yığımı 12%, sığorta ödənişləri isə 15% azalıb. 

Könüllü sığorta bazarı üzrə haqlar 176,2 mln. manat, ödənişlər isə 43,4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 mln. manat, ödənişlər isə 23.3 mln. manat olub. 

2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.

2019-cu ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Digər xəbərlər

Banner