Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 193 151,9 min manat həcmində sığorta haqqı yığılıb.
Eləcə də bax: Əmlakını sığortalamayanları nə gözləyir? - EKSPERTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 56 096,3 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 5,3% artıb, ödənişlər isə 14,8% azalıb.
Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 18,4% artaraq 45 296,1 min manat, ödənişlər isə 14,4% azalaraq 2 083,6 min manat təşkil edib.
Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 147 855,9 min manat sığorta haqqı yığılıb, 54 012,7 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,8% artım və 14,8% azalma deməkdir. (Apa)