Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 267,745 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,4% çoxdur.
Ötən 4 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 22% azalaraq 91,026 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 62,351 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 51,8% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 38,4% azalaraq 31,067 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-aprel aylarında 58,2 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 43,2 manatdan 34,1 manata düşüb. (Renkinq)