Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 438,71 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 20,3% çoxdur.
Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,3% azalaraq 141,791 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 186,783 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,15% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 25,55% azalaraq 54,346 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyul aylarında 62,55 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 44,65 manatdan 38,3 manata düşüb. (Renkinq)