Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 528,899 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-OKTYABR,2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, ötən ilin yanvar-noyabr aylarına nisbətən 14,6% çoxdur.
Ötən 11 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,7% artaraq 239,016 milyon manata çatıb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 319,739 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 73,7% artaraq 110,111 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 60,45 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-noyabr aylarında 71,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,7 manatdan 46,1 manata çatıb.