Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 364,792 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-İYUL,2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 12,1% çoxdur.
Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 11% artaraq 163,465 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 228,184 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,4% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 86,55% artaraq 72,995 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,55 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-iyul aylarında 57,8 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26,6 manatdan 44,65 manata çatıb. (Renkinq)