“Atəşgah Həyat Sığorta Şirkəti” ötən il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, 2021-ci ilin yekununa görə, şirkət 6,432 mln. manat xalis mənfəət əldə edib ki, bu da 2020-ci ilin yekunu ilə müqayisədə 1,446 mln. manat və 29% çox olub.
Bununla yanaşı, ötən il “Atəşgah Həyat Sığorta”nın cəmi əməliyyat gəlirləri 49,503 mln. manat, cəmi əməliyyat xərcləri 41,464 mln. manat təşkil edib. İllik müqayisədə şirkətin gəlirləri və xərcləri müvafiq olaraq
Şirkət 2020-ci illə müqayisədə yığımlarının həcmini 2,355 mln. manat artıraraq 44,194 mln. manata çatdırıb. Müştərilərə müxtəlif sığorta hadisələri üzrə həyata keçirilən sğorta ödənişlərinin həcmi 31,149 mln. manat, investisiya gəlirləri isə 2, 389 mln. manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin mart ayında təsis edilmiş və həyat sığortası üzrə xidmətlərə 2008-ci ilin dekabr ayında başlayıb. Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.