Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində icbari sığorta növləri üzrə cəmi 20 314,9 min manat sığorta haqqı yığılıb.
Eləcə də bax: Daşınmaz əmlakın icbari sığortası - DAHA ÇOX KİMƏ LAZIMDIR?
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, icbari sığorta yığımlarının həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox artıb.
Həmçinin bu müddətdə icbari sığorta növləri üzrə ödənişlər də 9,4% artaraq 6 362,1 min manatdan 6 959 min manata yüksəlib.
Bildirək ki, icbari sığorta yığımlarının 2 584,5 min manat və ya 12,7%-i, ödənişlərin isə 221,5 min manatı və ya 3,2%-i həyat sığortasının payına düşüb.
Qeyd edək ki, bu ilin yanvar ayında həm icbari, həm də könüllü sığorta növləri üzrə isə şirkətlərin cəmi yığmları 111 550,2 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27%-ə yaxın çoxdur. Bu müddətdə ödənişlər də 53%-ə yaxın artaraq 26 185 min manata yüksəlib.
Apa