Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 162 797,2 min manat həcmində sığorta haqqı yığılıb.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı - 12%-dən Çox Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 43 910,5 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 5,6% artıb, ödənişlər isə 14,5% azalıb.
Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 19,2% artaraq 37 939,3 min manat, ödənişlər isə 22,6% azalaraq 1 376,8 min manat təşkil edib.
Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 124 858 min manat sığorta haqqı yığılıb, 42 533,7 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,1% artım və 14,2% azalma deməkdir. (Apa)