Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığım və ödənişlərdə kəskin artım qeydə alınıb.
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2023)
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2023)
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə 46 milyon 450 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 253 min manat və ya 54% çoxdur. Belə ki, keçən ilin yanvar-aprel aylarında bu göstərici 30 milyon 188 min manat olmuşdu.
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər isə 2023-cü ilin yanvar-aprel aylarında 605 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 250 min manat və ya təxminən 70% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 355 min manat təşkil edib.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası sığorta şirkətləri üçün ən sərfəli, yəni az zərərli sığorta növləri arasındadır. Belə ki, 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 1,3% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 1,2% olmuşdu.