Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 37,4% təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azalma deməkdir.
2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 42,6% təşkil edib.