Aprel ayında Azərbaycanda 3 sığorta şirkətinin ödənişləri yığımlarını üstələyib.
FED.az xəbər verir ki, «Atəşgah Həyat», «Amrah sığorta» və «İpək Yolu Sığorta» şirkətləri aprel ayında topladıqları sığortpa haqqından artıq ödəniş ediblər.
Sığorta ödəniş/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (APREL 2020)
«İpək yolu Sığorta» apreldə 894 min manat sığorta haqqı topladığı halda 1 milyon 334 min manat ödəniş edib, ödəniş yığım nisbəti 149%-ə yüksəlib.
«Atəşgah Həyat Sığorta» şirkəti 4 milyon 538 min manat sığorta haqqı toplayaraq 6 milyon 316 min manat sığorta ödənişi edib – ödəniş yığım nisbəti 139% olub.
«Amrah sığorta» isə 39 min manat sığorta haqqına qarşı 49 min manat ödəniş verib, ödəniş yığım nisbəti 126% təşkil edib.
Ödəniş yığım nisbəti üzrə «Qala Həyat» 1,1%, «Bakı Sığorta» 6,1%, «Sənaye Sığorta» 8,1% göstəriciyə malikdirlər.