Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb, 7-nin ödənişləri isə azalıb.
ləcə də bax: Azərbaycanda 7 sığorta şirkətinin - YIĞIMLARI AZALIB
FED.az-ın tərtib etdiyi Renkinqə əsasən, daha bir şirkət - «Xalq Həyat» ötən il də ödəniş etmədiyinə görə, onun göstəricisində dinamika olmayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişləri ən çox artan şirkətlər «Amrah sığorta» (4 dəfə), «Atəşgah həyat» (2,8 dəfə), «Paşa Həyat» (2,4 dəfə olub).
«Xalq sığorta»nın ödənişləri 63%, «Meqa» və «Paşa» sığorta şirkətlərinin ödənişləri isə 41% artıb.
Ötən illə müqayisədə ödənişləri ən çox azalan şirkət «Naxçıvan sığorta» olub – bu il şirkət ümumiyyətlə ödəniş etmədiyinə görə, azalma 100%-dir.
«AXA Mbask» şirkətinin ödənişləri 11,8 dəfə, «İpək Yolu Sığorta»da 2,3 dəfə azalma olub.
Məbləğ ifadəsində ödənişləri ən çox artan şirkət isə «Paşa Həyat Sığorta» (33,5 milyon manat) və «Atəşgah Həyat sığorta» (8,4 milyon manat) olub.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY 2020)