Avtomobillərin icbari sığortasının elektron satışının həyata keçirilməsi əlçatanlığı daha da artıracaq.
İcbari sığorta şirkətlərinin internet səhifəsində - SIĞORTANI ALMAQ MÜMKÜN OLACAQ
FED.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov yanvarın 19-da “Kiçik həcmli mühərrikə malik avtomobillərin sığortalanması” mövzusuna həsr edilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda dünyada xidmətlər elektron formaya keçirilir. Azərbaycanda da Mərkəzi Bankın tələbi əsasında sığorta şirkətləri yanvarın 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir. İcbari avtosığortanın elektron qaydada həyata keçirilməsi prosesi, sığorta şirkətlərinin davranışları izləniləcək. Azərbaycan Mərkəzi Bankı monitorinqlər vasitəsilə prosesi izləyir. (Azərtac)