Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası (avtomobillərin icbari sığortası) üzrə yığımlar 10% azalıb.
FED.azx xəbər verir ki, 2020-ci ilin yanvar aprel ayları ərzində avtomobillərin icbari sığortası üzrə ümumilikdə 26 milyon 226 min manat sığorta haqqı toplanıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,2% azdır. Xatırladaq ki, ötən ilin yanvar-aprelində bu sığorta növü üzrə yığımlar 29 milyon 192 min manat olmuşdu.
Bu sığorta üzrə ödənişlər isə 20 milyon 989 min manat təşkil edib ki, bu öğtən illə müqayisədə 6,4% artıqdır (ötən il 19 728 min manat idi).
Nəticədə avtomobillərin icbari sığortası üzrə zərərlilik əmsalı yarva-aprrel ayları üzrə artaraq 80%-i keçib.
Xatırladaq ki, ötən ilin eyni dövründə bu göstərici 67,6% idi.
Bu göstərici adı çəkilən sığorta növü üzrə sığorta şirkətlərinin ciddi problemlərinin olduğunu göstərir.