Azərbaycanda avtomobillərin icbari sığortası (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) üzrə zərərlilik ötən illə müqayisədə kəskin artıb.
FED.azx xəbər verir ki, bu barədə ın açıqladığı rəsmi göstəricilərdən məlum olur.
Belə ki, yanvar-sentyabr aylarında ölkədə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 80 milyon 304 min manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 429 min manat və ya 7,3% artıqdır.
Bu sığorta üzrə ödənişlər isə 67 milyon 584 min manat olub. Bu ötən ilin eyni göstəricisindən 14 milyon 440 min manat və ya 27,1% artıqdır.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə bu sığorta üzrə 74 milyon 824 min maat sığorta haqqı toplanıb, 53 milyon 144 min manat ödəniş edilmişdi.
Nəticədə bu il avtomobillərin icbari sığortası üzrə zərərlilik göstəricisi 84,1%-ə yüksəlib. Ötən il isə bu göstəricə 71% təşkil etmişdi.