“Amrah Sığorta” mənfəətə çıxıb. FED.az xəbər verir ki, ötən ilin birinci yarısında 139 min 470 manat zərər edən sığorta şirkəti, bu ilin həmin dövründə 141 min 193 manat mənfəət əldə edib.
Eləcə də bax: Azərbaycanda sığorta haqlarının ödənişində - YENİLİK GÖZLƏNİLİR
Şirkətin gəlirləri və xərcləri də artıb. Belə ki, ötən il gəliriləri 141 min 899 manat olduğu halda bu il bu göstərici 3,4 dəfə artaraq 494 min 736 manat təşkil edib. Xərclər isə ötən illə müqayisədə 25,6% artaraq 353 min 543 manat olub.
Ötən illə müqayisədə şirkətin aktivləri 403 milyon manat və ya 6,7% azalaraq 5 milyon 5 milyon 580,6 min manata enib.
Şirkətin cəmi kapitalı 5 milyon 452 min manat təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 195 min manat və ya 3,7% azdır.