Uğurla həyata keçirilən sosial iqtisadi islahatlar ölkənin maliyyə dayanıqlılıqının güclənməsinə yol açıb. İqtisadi inkişafda maliyyə, xüsüsilə də sığorta sektoru mühüm rol oynayır. İnfrastruktur xeyrli təkmilləşdirilib.
Azərbaycanda kreditlərin könüllü sığortasına maraq 67% artıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
O bildirib ki, son üç ilə görə sığorta sektorunun aktivləri 34,2% artıb, kapital 7.7% artıb. Sığorta haqları 494 milyon artıb. Sığorta ödənişləri 26.3% artaraq 587 miıyon manata çatıb. Sığortaçılarda korporativ idarəetmənin təkmilləşdirilməsi üçün mühüm fəaliyyətlər həyata keçirilib. Sığortalılarla adələtli rəftarın təmin olunması üçün tədbirlər görülüb.
"Adambaşına düşən sığorta ödənişini 121 manatdan 61% artaraq 195 manata çatdırılması gözlənilir. Optimal xərclə maksimum keyfiyyəti təmin edəcək biznes strategiyası hazırlanır" deyə AMB sədri əlavə edib.