Azərbaycanda kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin məbləği məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 490 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 599 min manat və ya 67% çoxdur.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 890 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 28 min manat təşkil edib.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1,9%-ə bərabər olub.