2023-cü il ərzində A-Qroup sığorta şirkəti MKX (Mərkəzi Klinik Xəstəxana) ilə birlikdə xərçəng xəstəsi olan bir sığortalının həyatı üçün mübarizə aparır.
Şirkətdən FED.az-a verilən məlumata görə, müalicə müddəti ərzində A-Qroup 30.000 AZN-ə yaxın ödəniş həyata keçirmişdir. Sığorta şirkəti ödənişləri müalicənin mərhələlərinə uyğun olaraq həyata keçirir.
Qarşıda bizi hələ müalicənin növbəti ayları gözləyir. A-Qroup ümid edir və inanır ki, hər şey müsbət sonluqla bitəcək!
A-Qroup Sığorta Şirkəti öz müştərilərinin qayğısına qalan və onları beynəlxalq standardlara uyğun, yüksək keyfiyyətli xidmətlətəmin edən şirkət olaraq qalmaqda davam edir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.