"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətə başladığı dövrdən bugünədək (2016-2023-cü illərdə) mədən layihələrinin icrasına ümumilikdə 550 milyon manat investisiya yatırıb.
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 30-da ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu məbləğin cəmi 8%-i (45 milyon manat) dövlət büdcəsindən ayırmalar hesabına təmin edilib. Bu, əsasən QSC fəaliyyətə başladığı ilk illərdə dövlət büdcəsindən ayrılmış vəsaitdir. İndiki məqamda dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir.