AzerGold” QSC və törəmə şirkətlər tərəfindən ümumilikdə 38.4 milon manat vergi ödənilib.
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 30-da ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Sədr bilidirib ki, hesabat ilində əldə etdiyimiz iqtisadi gəlirlər fonunda dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlər də davam etdirilib. Belə ki, 2023-cü il ərzində “AzerGold” QSC və törəmə şirkətlər tərəfindən ümumilikdə 38.4 milon manat vergi ödənilib. Həmçinin Hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 7.6 milyon manat ödəniş etmişik.