2020-ci ildə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (349,5 milyon manat dəyərində) birinci olub.
Eləcə də bax: "AZERGOLD" QSC-də ötən ilin hesabatı - BİRBAŞA - VİDEO
FED.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
"Sevindirici haldır ki, bu uğurda bizim böyük rolumuz var. Ötən il Cəmiyyətin dünya bazarlarına çıxardığı qızıl və gümüşün həcmi artıb. 59,4 min unsiya qızıl, 119,4 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat məbləğində vəsait cəlb edilib. Bu, əvvəlki illə müqayisədə 41,5 milyon manat və yaxud 29% çoxdur.
Cəmiyyət istehsal etdiyi külçə və sikkələrinin pərakəndə satışını ötən il də davam etdirib, ümumi dəyəri 1,6 milyon manat olan olan 1 275 ədəd məhsul satıb", - deyə o, qeyd edib. (Report)